Şirkət adı: FreeShop MMC
VOEN: 1507201331
Ünvan: Əhməd Rəcəbli 209, Bakı, Azərbaycan
FreeShop — 2022-ci ildən etibarən fəaliyyət göstərən və oyun dünyasında rəqəmsal məhsulların satışını peşəkar şəkildə həyata keçirən onlayn platformadır. Məqsədimiz oyunçulara və yayımçılara təhlükəsiz, sürətli və innovativ xidmətlər təqdim edərək Azərbaycan və regionda oyun sektorunda lider mövqedə olmaqdır.
Oyunçular üçün 360° həll təqdim edən FreeShop, həm fərdi oyunçulara, həm də yayımçılara (streamer) xüsusi tərəfdaşlıq proqramları və dəstək xidmətləri təqdim edir. Geniş məhsul çeşidimiz və istifadəçi dostu interfeysimizlə oyun ehtiyaclarınızı sürətli və etibarlı şəkildə qarşılayırıq.
Bu günə qədər 15,000-dən çox qeydiyyatlı istifadəçimiz və 10-dan artıq əməkdaşımız ilə Azərbaycanın oyun sektorunda aparıcı mövqeyimizi qoruyuruq. Məqsədimiz hər zaman daha yaxşısını təqdim etmək, məhsul çeşidimizi genişləndirmək və istifadəçi rəylərinə əsaslanaraq daim inkişaf etməkdir.
Platformamızda aşağıdakı əsas xidmətləri təqdim edirik:
🎮 Oyun Məhsulları:
Free Fire, PUBG Mobile, Valorant, Mobile Legends, Brawl Stars və onlarla digər mobil və PC oyunlarına aid:
Epin kodları
Oyun valyutaları (diamonds, UC və s.)
👥 Hesab Satışları:
Free Fire, PUBG Mobile və digər məşhur oyunlar üzrə yüksək keyfiyyətli və etibarlı oyun hesablarını əldə etmək və satmaq imkanı.
🏆 Turnirlər:
Müxtəlif oyun kateqoriyalarında təşkil etdiyimiz turnirlər vasitəsilə istifadəçilər həm rəqabət apara, həm də mükafatlar qazana bilərlər.
🎁 Çəkilişlər:
Seçilmiş oyun məhsulları üzrə keçirilən çəkilişlərə qatılaraq sadə tapşırıqları yerinə yetirib hədiyyələr qazanmaq imkanı.
📡 Yayımçılar üçün Xüsusi Sistem:
TikTok, YouTube, Kick və digər canlı yayım platformalarında fəaliyyət göstərən yayımçılar bizim platformaya qoşularaq:
Özlərinə məxsus dəstək səhifəsi yarada bilir
İzləyicilərindən donate qəbul edə bilir
Turnirlər və kampaniyalar vasitəsilə daha çox izləyici cəlb edə bilirlər
Gələcək hədəfimiz: Azərbaycan və regionda oyun bazarının lideri olaraq innovativ, təhlükəsiz və istifadəçi yönümlü xidmətlər təqdim etməkdir.